Energetika naziri Ağdamda vətəndaşları qəbul edəcək

Energetika naziri Pərviz Şahbazov iyunun 25-də Ağdam, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Qəbul saat 11:00-dan başlayaraq Ağdam Muğam Mərkəzində (ünvan: Ağdam şəhəri, Heydər Əliyev prospekti, “İmarət” küçəsi) keçiriləcək.

 Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı (əlaqələndirici şəxs: İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.