DSX: Ötən ay 5,6 milyon manatlıq qaçaqmal aşkarlanaraq götürülüb
Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 2026-cı ilin may ayında 319 kiloqram 182 qram narkоtik vasitə və 7 min 338 ədəd müxtəlif tərkibli həb aşkarlanaraq dövriyyədən çıxarılıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.
Həmin dövrdə qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 5 milyon 609 min 617 manat оlan qaçaqmal, о cümlədən ABŞ valyutası, spirtli içkilər, dərman vasitələri və tütün məmulatları aşkar olunaraq götürülüb, bir halda narkotiklərin pilotsuz uçuş aparatı vasitəsilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

