Bakıda bir neçə evin həyətində torpaq çökdü - VİDEO

Həyətdə dərin çalalar yaranıb, çöküntü günbəgün artmaqda davam edir.

Xətai rayonu, Kənd Əhmədli qəsəbəsi, Tofiq Hacıbabayev küçəsi 88 ünvanında yaşayanlar bildirirlər ki, problem mayın 17-də yağan güclü yağışdan sonra başlayıb. Sakinlərin sözlərinə görə, həyətyanı sahələrin altından kollektor xətti keçir.

Onlar bildirirlər ki, bəzi evlərin çıxarışı da var və problem təkcə bir həyətdə yox, qonşu ərazilərdə də müşahidə olunur.

Ərazidə yaranan çöküntülər həyətyanı sahələrdən istifadəni də təhlükəli edib. Sakinlər deyirlər ki, hadisədən sonra əraziyə baxış keçirilib, amma problem hələlik aradan qaldırılmayıb. Onların əsas istəyi təhlükənin böyümədən qarşısının alınmasıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.