Rusiyadan Avropaya xəbərdarlıq: Sakit yuxu dövrü başa çatdı
Dmitri Medvedev bildirib ki, Avropa İttifaqı Rusiyaya qarşı birtərəfli şəkildə müharibəyə qoşulub və buna görə də Avropa vətəndaşları diqqətli olmalıdırlar.
Türkiyə mediasının xəbərinə görə, Medvedev sosial media hesabında paylaşdığı açıqlamada belə deyib:
“Aİ ölkələrinin vətəndaşları başa düşməlidirlər ki, sizin rəhbərləriniz birtərəfli qaydada Rusiya ilə müharibəyə giriblər. Buna görə də heç nəyə təəccüblənməyin. Sakit yuxu dövrü artıq başa çatıb. Bunun səbəbini isə kimdən soruşmalı olduğunuzu bilirsiniz.”

