Kür çayında suyun səviyyəsi artır - VİDEO
Son dövrlərdə susuzluq təhlükəsi ilə üzləşən Kür çayında indi fərqli mənzərə müşahidə olunur.
Çayın Salyandan keçən hissəsində suyun səviyyəsi daha 10 sm qalxıb.
Sakinlər bildirirlər ki, mayda aramsız yağan yağışlar çayda suyu xeyli artırıb. Suqoruyucu bəndlər səviyyəsinə qədər qalxıb. Nəticədə də qrunt suları həyətlərə dolur, meyvə ağaclarına və əkinə ciddi ziyan vurur.
Sakinlərin sözlərinə görə, çayın bəzi hissələrində suyun səviyyəsi hətta 60 sm artıb. Onların ən çox narahat olduqları məsələ isə çay üzərində qurulmuş bəndlərin uçmasıdır.
Suların İstifadəsinə və Müahafizəsinə Dövlət Nəzarəti Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, qurumun əməkdaşları çaylarda mütəmadi müşahidələr aparır, məlumatlar aidiyyəti qurumlara təqdim olunaraq nəzarətdə saxlanılır. Bundan başqa, Kür çayı üzərində bəndbərkimə tədbirləri də davam edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

