Kitablar səltənətinin inciləri: Xurşidbanu Natəvanın “Qərənfil” şeiri
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsindən izləyicilərə Azərbaycan mədəniyyəti tarixində lirik şair və rəssam kimi şöhrət tapmış Xurşidbanu Natəvanın “Qərənfil” şeiri təqdim olunur.
Azərbaycan ədəbiyyatında XAN qızı adıyla tanınan Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, Qarabağ xanlığının banisi İbrahimxəlil xanın nəvəsi olan Xirşidbanu Natəvan məhşur idi. 1832-ci ildə Şuşada anadan оlan bu qız ailənin yeganə övladı və Qarabağ xanlarının sоnuncu vərəsəsi оlduğu üçün onu sarayda “Dürrü yeкta”, yəni Təк inci çagırardılar. Xalq arasında isə Xan qızı adı ilə məşhur idi.
O, şeirlərini “Natəvan”, yəni “kimsəsiz”, “köməksiz” təxəllüsü ilə yazırdı, qələmini qəzəl janrında da sınayırdı. Xurşidbanu Azərbaycan mədəniyyəti tarixində lirik şair və rəssam kimi şöhrət tapmışdı. Ərəb və fars dillərini mükəmməl bilən Natəvan Nizami, Füzuli və Nəvai kimi nəhəng klassiklərin əsərlərini mutaliə edir və onların yaradıcılığından bəhrələnirdi. O, lirik şair kimi böyük şöhrət tapmışdır.
Bu gün oxucu və izləyicilərə Xurşidbanunun “Qərənfil” şeiri təqdim edilir:
Səni kimdir sevən bica, qərənfil
Sənə mən aşiqi-şeyda, qərənfil.
Səni gülşən əra aşuftə gördüm
Yəqin bildim tutub sevda, qərənfil.
Şairin şeirlərindəki həzinlik, dərin hüzn və kədər, qəm və qüssə onun uğursuz taleyinin məhsuludur. Cavan oğlunu itirən Natəvan şeirlərinin çoxunu oğluna həsr etmişdir.
Yaradıcılığına ara verməyən Xurşidbanu Natəvan Şuşada “Məclisi-üns”ə 25 il rəhbərlik etmiş və onun bütün xərclərini öz üzərinə götürmüşdür.
O, təkcə yazdığı şeirlərlə deyil, xeyirxahlığı ilə də ad çıxarmışdı. Natəvan kasıblara, kimsəsizlərə əl tutmaqla bərabər, Şuşaya su çəkdirmişdi. Onun çəkdirdiyi bulaq “Xan qızı bulağı” adı ilə məşhur idi.
Xurşidbanu Natəvanın yaradıcılığı həmişə dövlətimizin diqqət mərkəzində saxlanılmış, xatirəsinin əbədiləşdirilməsi istiqamətində ölkəmizdə silsilə tədbirlər həyata keçirilmiş, o cümlədən 1960-cı il-də Bakıda şairin heykəli, 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılmışdır.
Bu gün Natəvanın Şuşada yenidən ucalan və möhtəşəm Zəfərimizin təntənəsini nümayiş etdirən büstü, eyni zamanda, xalqımızın milli mədəni irsə qayğısının rəmzi və mənəvi dəyərlərə ehtiramının təzahürüdür.
Hazırladığı videoçarxda Yazıçı Şahzadə İldırım Xurşidbanu Natəvanın şeirlərini səsləndirir. “Qərənfil” şeiri incə hisslərin və gözəlliyin poetik ifadəsi, eşq dolu dünyanın ayrılmaz bir parçası kimi oxucuya təqdim olunur. Şeirdə təbiət gözəllikləri ilə insan duyğuları bir-biri ilə vəhdət təşkil edir. Şeir oxucuda xoş və kövrək duyğular yaradır. Videoçarxda Xalq artisti, bəstəkar Vasif Adıgözəlovun şairin “Qərənfil“ şeirinə bəstələdiyi əsərini unudulmaz sənətkar, Xalq artisti Rəşid Behbudov ifa edir.
Videoçarx kitabxananın YouTube kanalında aşağıdakı keçiddə verilib:

