Cəlilabad rayonunda zəlzələ qeydə alınıb

Cəlilabad rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə  Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

 Yerli vaxtla saat 07:52-də qeydə alınan zəlzələnin maqnitudası 3,2 olub. Yeraltı təkanların ocağı 28 km dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.