Tramp: Kubada qısa müddətdə idarəni ələ alacağıq
ABŞ prezidenti Donald Tramp iki ölkə arasında gərginliyin yaşandığı bir dövrdə Kubanı “qısa müddətdə idarəni ələ alacaqları” bir yer kimi xarakterizə edib.
ABŞ ilə Kuba arasında gərginlik davam edərkən, qarşılıqlı açıqlamalar da gəlməyə davam edir.
Fox News-un xəbərinə görə, ABŞ prezidenti Donald Tramp Florida ştatında etdiyi çıxışda Kuba ilə bağlı zarafat xarakterli olduğu düşünülən açıqlamalar verib.
Kubanı “qısa müddətdə idarəni ələ alacaqları” bir yer kimi təsvir edən Tramp, Kubanın “problemləri” olduğunu iddia edib.
Tramp əlavə edib: “İrandan qayıdarkən, təyyarədaşıyan gəmilərimizdən bəlkə də USS Abraham Lincoln (CVN-72) sahil yaxınlığında dayanacaq və onlar ‘Çox sağ olun, təslim oluruq’ deyəcəklər.”

