ABŞ Yaxın Şərqə minlərlə hərbçi göndərəcək

ABŞ ordusunun komandanlığı yaxın günlərdə Yaxın Şərqə minlərlə amerikalı hərbçi göndərəcək.

Bu barədə “The Washington Post “(WP) yüksək vəzifəli mənbələrə istinadən yazır.

“Yaxın günlərdə Pentaqon əlavə olaraq Yaxın Şərqə minlərlə hərbçi göndərəcək, belə ki, Tramp administrasiyası bununla İrana razılaşma imzalaması üçün təzyiq göstərməyə çalışır”,- nəşr yazır.

 Keçmiş və hazırkı rəsmilərin sözlərinə görə, yenidən yerləşdirilməsi planlaşdırılan qüvvələrin tərkibinə “USS George H. W. Bush” aviadaşıyıcısının və onu müşayiət edən bir neçə hərbi gəminin göyərtəsində olan təxminən 6000 hərbçi daxildir.

Qeyd edək ki, İslamabadda danışıqların uğursuzluğa düçar olmasından sonra ABŞ lideri Tramp Hörmüz boğazının və İran limanlarının blokadasını elan edib. Bu tədbirin İranın neft ixracına ciddi zərbə vuracağı gözlənilir. Bu gün isə ABŞ SQ Mərkəzi Komandanlığı (CENTCOM) İranın dəniz ticarətinin artıq tam iflic vəziyyətə gəldiyini bildirib.//Trend