İran XİN: ABŞ ilə danışıqlarda iki və ya üç vacib məsələdə fikir ayrılığı yaranıb

İran və ABŞ bəzi məsələlərdə razılığa gəldilər.

Bu barədə İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai deyib.

O bildirib ki, lakin iki və ya üç vacib mövzuda fikir ayrılığı yaranıb.

"Bir sıra məsələlərdə qarşılıqlı anlaşma əldə edildi, lakin 2-3 vacib məsələdə fikir ayrılığı yaranıb və nəticədə danışıqlarda razılıq əldə olunmayıb", - deyə o bildirib.

Nazirlik rəsmisi əlavə edib ki, danışıqlarda Hörmüz boğazı kimi bəzi yeni mövzular əlavə edilib və onların hər birinin özünəməxsus mürəkkəbliyi var./Trend