ABŞ-a İran tərəfindən təqdim olunan 10 maddə

Türkiyə mediası xəbər verir ki, ABŞ tərəfindən təqdim olunan bütün planların rədd edildiyi bildirilən açıqlamada Tehranın irəli sürdüyü 10 maddə belə sıralanıb:

-Hörmüz boğazından keçidin İran Silahlı Qüvvələri ilə koordinasiya şəraitində, nəzarətli şəkildə həyata keçirilməsi
-Müqavimət oxunun bütün elementlərinə qarşı aparılan müharibənin dayandırılması
-ABŞ hərbi qüvvələrinin regiondakı bütün bazalardan və yerləşmə nöqtələrindən çıxarılması
-Hörmüz boğazında təhlükəsiz keçidi təmin edəcək və razılaşdırılmış protokol çərçivəsində -İranın nəzarətini təmin edəcək keçid rejiminin yaradılması
-İrana vurulan ziyanın hesablamalara uyğun olaraq tam şəkildə kompensasiya edilməsi
-Bütün birincili və ikincili sanksiyaların ləğv edilməsi
-Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarlarının qüvvədən düşməsi
-Beynəlxalq Atom Enerjisi Agentliyinin qərarlarının qüvvədən düşməsi
-İranın xaricdə bloklanmış bütün aktiv və maliyyə vəsaitlərinin azad edilməsi
-Bütün bu maddələrin məcburi xarakter daşıyan BMT Təhlükəsizlik Şurası qərarı ilə təsdiqlənməsi