Tramp - NATO-dan çıxmağı düşünürəm
NATO-ya sərt mesaj verən və “Bizi tək buraxdılar” deyən Trump son müsahibəsində yenidən diqqət çəkən bir açıqlama verib.
Tramp, The Telegraph qəzetinə verdiyi müsahibədə müttəfiqlərinin İranla bağlı müharibə planlarına qoşulmaqdan imtina etdiyini bildirərək NATO-nu “kağızdan pələng” adlandırıb və ABŞ-ın bu alyansdan çıxmasını ciddi şəkildə düşündüyünü söyləyib.

