Amerikalı senator Türkiyəni hədələdi

Lindsey Qraham: “Bunu etsəniz, başqa yol qalmayacaq”
“Türkiyə ABŞ-ın sanksiyalarına hədəf olmaması üçün “S-400” sistemlərini aktivləşdirməməlidir”.

Bunu amerikalı senator Lindsey Qraham deyib.

Senator Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğluna telefon zəngində bu haqda fikirlərini ona çatdırdığını açıqlayıb:

Lindsey Qraham Çavuşoğluna etdiyi zəngdə rəsmi Ankaradan Rusiyadan alınan “S-400” hava hücumundan müdafiə sistemlərini aktivləşdirməməsini istəyib:

“Mən ona bildirdim ki, “S-400”ləri aktivləşdirməsəniz sanksiya tətbiq etməyəcəyik. Ümid edirəm ki, bu məsələdə Türkiyəni razı sala biləcəyik. Sistemlər aktivləşdirilsə, sanksiyadan başqa variant qalmayacaq”.

Qraham “S-400”lərin aktivləşdirilməsi vəziyyətində ABŞ-Türkiyə münasibətlərinin qaranlıq yola yönələcəyini bildirib.

Ağ Evdən məsələ ilə əlaqədar açıqlama verilməyib. (Teleqraf.com)