Sabah Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar paytaxt Bakının bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq. Hərəkətin məhdudlaşdırılması faciə qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin sürücülərə müraciətində deyilir.

Fevralın 26-da səhər saat 08:00-dan mərasim qurtaranadək Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək.

“Həmin istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur”, - deyə müraciətdə bildirilir.