Baş nazir Əli Əsədov İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 22-də İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetindən  bildiriblər ki, görüşdə İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının Bakıda keçirilməsinin əhəmiyyəti qeyd edilib.

Azərbaycan ilə İordaniya arasında münasibətlərin dostluq, qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq prinsipləri əsasında uğurla inkişaf etdiyi bildirilib.

İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın və qarşılıqlı dəstəyin önəmi vurğulanıb.

Söhbət zamanı, həmçinin Azərbaycan ilə İordaniya arasında qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.