Rusiya S-400-lərin Türkiyəyə çatdırılması üzrə birinci mərhələni başa vurdu

Rusiya Türkiyəyə «Triumf» S-400 zenit-raket sistemləri tədarükünün birinci mərhələsini başa çatdırıb.

“RİA Novosti” xəbər verir ki, bunu Rusiyanın Hərbi-texniki əməkdaşlıq üzrə federal xidməti bildirib.

 
Əmlakın qalan hissəsinin tədarükü tərəflər arasında razılaşdırılmış təqvimlərə uyğun keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl prezident Rəcəb Tayyib Ərdoğan S-400-lərin yerləşdiriləcəyi mövqelərin müəyyən ediləcəyini demişdi.