Rusiya gecə saatlarında Ukraynanın müxtəlif bölgələrinə hava hücumları həyata keçirib

Ukrayna Ordusunun Hərbi Hava Qüvvələri Komandanlığının yaydığı yazılı açıqlamada Rusiyanın gecə saatlarında Ukraynanın müxtəlif bölgələrinə hava hücumları həyata keçirdiyi bildirilib.

Hücumlarda 121 PUA (İHA)-dan istifadə edildiyi və “İskander-M” tipli bir ballistik raketin buraxıldığı qeyd olunub.

Açıqlamada hava hücumundan müdafiə qüvvələri tərəfindən 94 PUA-nın zərərsizləşdirildiyi, raket və digər PUA-ların isə ölkə üzrə 15 nöqtəyə düşdüyü bildirilib.

Ukraynanın müxtəlif bölgələrinə qarşı PUA və raket hücumu təhlükəsinin davam etdiyi vurğulanıb.