Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru səhhəti ilə bağlı istefa verə bilər

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Yukiya Amano səhhəti ilə bağlı istefa verə bilər.
Y.Amano həmin vəzifənin icrasına 2009-cu ildə başlayıb.
Diplomatik dairələrdəki mənbələrin bildirdiyinə görə ötən ildən başlayaraq Y.Amano səhhəti ilə bağlı bir neçə dəfə Yaponiyaya səfər etməyə məcbur olub.
Y.Amanonun istefası barədə xəbərlər onun İran problemi ilə bağlı ata biləcəyi gözlənilən addımlar fonunda baş verib. Xatırladaq ki, rəsmi Tehran dünya dövlətləri ilə 2015-ci ildə imzalanan nüvə razılaşması ilə bağlı öhdəliklərinin icrasını dayandırıb.
Vüqar Ağayev