Beynəlxalq Azərbaycan Muğamı Gününə həsr olunmuş virtual sərgi hazırlandı

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası 26 avqust Beynəlxalq Azərbaycan Muğamı Gününə həsr olunmuş virtual sərgi hazırladı.
Virtual sərgidə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın muğam haqqında dəyərli fikirləri yer almışdır. Qeyd olunur ki, Heydər Əliyev Fondu 2005-ci ildən “Azərbaycan muğamları” davamlı layihəni həyata keçirir.
Virtual sərgidə muğamın tarixi, növləri haqqında məlumat verilir. Bakıda və bölgələrdə fəaliyyət göstərmiş ədəbi və musiqi məclislərinin muğam ifaçılığının yayılmasında böyük rol oynadığı qeyd olunur. Muğam sənətini inkişaf etdirən xanəndələr, tarzən və kamançaçıların adları sadalanır. Kitabxanada muğam haqqında olan kitablar izləyicilərin diqqətinə çatdırılır.
M.Ş.Vazeh adına Mərkəzi Kitabxanada Beynəlxalq Azərbaycan Muğamı Gününə həsr olunmuş kitab sərgisi də təşkil olunub.
Virtual sərgi kitabxananın YouTube kanalında yerləşdirilib: