ABŞ Prezidentindən Notr-Dam kilsəsinin bərpası üçün təklif

ABŞ Prezidenti Donald Tramp Papa Frensiskə telefonla zəng edib. D.Tranp Papaya Notr-Dam kilsənin yenidən bərpası üzrə ən yaxşı yerli mütəxəssislərin yardımını təklif edib.
ANSA agentliyi xəbər verir ki, bu barədə ABŞ Prezidenti “Twitter” hesabında yazıb.
Danışıqlar əsmasında Venesueladakı vəziyyəti sabitləşdirmək və ölkənin demokratiyaya keçidinə kömək etmək məsələləri də müzakirə olunub.