Rusiya orbitə dörd hərbi peyk göndərib

Ötən gecə Rusiya “Plesetsk” kosmodromundan orbitə “Soyuz-2.1V” raket daşıyıcısı vasitəsilə “Volqa” adlı dörd ədəd hərbi peyk göndərib.

Bu barəfə Rusiyanın Müdafiə Nazirliyinin İnformasiya və Kommunikasiya İdarəsi məlumat yayıb. 

“Soyuz-2.1V” raketinin uçuşuna yerli vaxtla 20.14-də start verilib. 

 
Qeyd edək ki, “Plesetsk” kosmodromundan bu il ərzində “Soyuz-2” də daxil olmaqla kosmosa sayca iki dəfə raket buraxılıb.