ABŞ-da yenidən güclü zəlzələ baş verib

ABŞ-ın Kaliforniya ştatının cənubunda 6,9 bal gücündə zəlzələ baş verib.

Yerveinsan.az RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Los-Anceles şəhərindən 193 km şimalda, ocağı isə 10 kilometr dərinlikdə olub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Xatırladaq ki, cümə axşamı ABŞ-ın Kaliforniya ştatında Los-Ancelesdən 195 kilometr şimalda yerləşən Rickrest şəhərinin yaxınlığında 6,4 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı 9 kilometr dərinlikdə olub.