Tutanxamonun büstü təqribən 6 milyon dollara satıldı

Misir fironu Tutanxamonun büstü “Christie's” hərrac evində təqribən 6 milyon dollara satılıb. Bu barədə satış evinin nümayəndələri məlumat yayıb.

 TASS informasiya agentliyi xəbər verir ki, adını bildirməyən alıcı hərrac rüsumu nəzərə alınmaqla 4 milyon 746 min funt qoyub ki, bunu ABŞ dollarına çevirəndə 5,97 milyon edir.

Misirin hökumət orqanları vaxtilə əcnəbi arxeoloqlar tərəfindən tapılmış və ölkədən qeyri-qanuni yolla çıxarılmış artefaktların geri qaytarılması tələbini çoxdan bəri irəli sürürlər. Bu səbəbdən də hərrac zamanı “Christie's” ofisinin qarşısında 20 etirazçı toplaşaraq əllərində “Misir tarixi satılmır” şüarı yazılmış transparant tutub.