Sofiya xarici vətəndaşların yaşaması üçün 200 ən bahalı şəhərdən biridir

Amerikanın konsaltinq şirkəti “Mercer” miqrantların yaşayışı üçün ən bahalı şəhərlərin siyahısını tərtib edib.

Reytinqə daşınmaz əmlakın qiyməti, nəqliyyat, yemək, paltar, ev üçün məhsullar və əyləncəyə xərclənən vəsait göstəriciləri daxil edilib. Eyni zamanda, mütəxəssislər dolların yerli valyutaya nisbətini də nəzərə alıblar. Araşdırmanın əsas məqsədi çoxmilli şirkətlərin öz işçilərinə ödəniləcək kompensasiyaların məbləğini öyrənmək üçündür. Sofiya şəhəri bu siyahıda 177-ci yeri tutur. Ən bahalı şəhər Honqkonq, ikinci yerdə Tokiyo, üçüncü yerdə isə Sinqapur yerləşib. Gözlənilmədən birinci onluğa Türkmənistanın paytaxtı Aşxabad şəhəri daxil olunub. Aşqabad siyahıda 7-ci yeri tutub. Bununla yanaşı, miqrantların yaşaması üçün ən ucuz şəhər Daşkənd seçilib.

İqbal Hacıyev