Əlcəzair hava məkanında “Boeing 737 MAX” təyyarələrinin uçuşuna qadağa qoyub

Əlcəzair hava məkanında “Boeing 737 MAX” təyyarələrinin uçuşunu qadağan edib.

Strategiya.az TASS informasiya agentliyinə istinadla görə, bu barədə ölkənin Mülki Aviasiya İdarəsi məlumat yayıb.

Xatırladaq ki, martın 10-da Efiopiyanın “Boeing 737-MAX 8” təyyarəsi havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olub. Bu, son 5 ay ərzində həmin model təyyarənin iştirakı ilə baş verən ikinci aviasiya qəzasıdır. 2018-ci il oktyabrın 29-da İndoneziyanın “Lion Air” aviakompaniyasına məxsus “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həlak olmuşdu.