Avropa İttifaqı ölkələrinin Gürcüstandakı səfirləri bəyanat yayıblar

Avropa İttifaqına üzv ölkələrin Gürcüstandakı səfirləri ölkədə baş verən son hadisələrlə bağlı xüsusi bəyanat yayıblar.

Səfirlər son günlər Gürcüstanda baş verənlərdən narahatlıqlarını bildirib, tərəfləri dialoqa və kompromisə çağırıblar. Bəyanatda deyilir: “İyunun 20-də Tbilisidə aksiya zamanı həddindən çox güc tətbiqi və polisin reaksiyasına səbəb olan zorakılıq hərəkətlərinə təhrikçiliklə bağlı şəffaf, tez və effektiv araşdırma aparılmalıdır”.

Aİ səfirləri bu prosesdə ombudsmanın iştirakının böyük əhəmiyyəti olduğunu qeyd ediblər.