Rusiya və Türkiyə prezidentlərinin Osakoda qısa görüşü olub
Yaponiyanın Osako şəhərində G20 ölkələrinin sammiti çərçivəsində Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın görüşü olub.
Rusiya və Türkiyə prezidentləri ayaqüstü qısa görüş keçiriblər. “RİA Novosti” agentliyinin yaydığı xəbərə görə, görüşdə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu da iştirak edib.
İki ölkə liderinin G20 ölkələrinin sammiti çərçivəsində geniştərkibli görüşü iyunun 29-na nəzərdə tutulub.
Fəridə Abdullayeva

