60-a yaxın məhbus həbsxanadan qaçıb

Venesuelanın Nueva-Esparta ştatında təxminən 60 məhbus həbsxanadan qaçıb.
Yerveinsan.az RİA Novostiyə istinadla xəbər verir ki, qaçış zamanı bir nəfər həlak olub, daha iki nəfər xəsarət alıb. Hadisə zamanı yaralanan keşikçilər xəstəxanaya yerləşdiriliblər.
Hazırda məhbusların axtarışları aparılır.