Angela Merkel rəsmi tədbir zamanı yenidən özünü pis hiss edib

Almaniya kansleri Angela Merkeli protokol tədbiri zamanı – Prezident Frank-Valter Ştaynmayerin qəbulunda olarkən yenidən güclü titrətmə tutub.

 NTV telekanalının yayımladığı videoda Merkelin əsməsi aydın görünür. Bir qədər sonra kanslerin titrətməsi dayanıb.

Xatırladaq ki, buna bənzər hadisə iyunun 18-də də baş vermişdi. Həmin vaxt Almaniya kansleri Angela Merkel Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüş zamanı dövlət himni səslədirilərkən özünü pis hiss etmişdi. Bundan sonra tərəflər danışıqlara yollanmış və təxminən 1 saat 30 dəqiqədən sonra mətbuat qarşısına çıxmışdılar.

Angela Merkelin G20 sammitində iştirak etmək üçün bu gün Osakaya yola düşəcəyi gözlənilir.