Yaponiyada 115 min sakin daşqınlarla əlaqədar təxliyə göstərişi alıb

Yaponiyanın cənubundakı Okinava adasında yerləşən Urasoe şəhərinin sakinləri leysan yağışlarının yarada biləcəyi torpaq sürüşmələri və daşqınlarla əlaqədar təxliyə göstərişi alıb.

Yerli sakinlərə məktəblərdə və bələdiyyə müəssisələrində qorunmaq tövsiyə edilir.

Yaxınlaşmaqda olan tufan səbəbindən hazırda Okinava adasına güclü yağışlar yağır. Yaponiya Meteorologiya Agentliyinin məlumatına əsasən, Filippinin şərqində formalaşan tufanın tezliklə Yaponiya istiqamətində irəliləyəcəyi gözlənilir.

Sinoptiklərin proqnozlarına görə, tufan iyunun 27-də axşam saatlarında Yaponiyanın cənub-qərb sahillərinə çatacaq.

Vüqar Ağayev