Bidzina İvanişvili: Kütləvi iğtişaşlar törədənlər və səlahiyyətlərini aşanlar cəzalandırılmalıdır

Tbilisidə kütləvi iğtişaşlar törədənlər və aksiyanı dağıdan zaman səlahiyyətlərini aşanlar ciddi şəkildə cəzalandırılmalıdır.
Bu bəyanatla hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının sədri Bidzina İvanişvili bu gün partiya qərargahında keçirdiyi brifinqdə çıxış edib.
Onun sözlərinə görə, ictimaiyyətin tələblərinə qanun çərçivəsində cavab verilməlidir və nəticə olmalıdır.
Bəzi siyasi şərhçilər hesab edirlər ki, B.İvanişvilinin bu bəyanatı Daxili İşlər naziri Georgi Qaxariyanın da istefaya gedəcəyinə işarədir. Onların fikrincə, hakimiyyət bu yolla müxalifətin tələblərini tam yerinə yetirmiş olacaq.
Xətayi Əzizov