İranda kömür mədənində partlayış baş verib

İranın Mazandaran vilayətindəki kömür mədənlərinin birində partlayış baş verib.
Partlayış nəticəsində 3 nəfər həlak olub. Hadisə yerinə gələn xilasedicilər uçqunun altında qalanları xilas ediblər. Yaralılar təcili olaraq yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Vilayətin valise Səid Yazdani bildirib ki, partlayışın səbəbini araşdırmaq üçün komissiya yaradılacaq. Onun sözlərinə görə, həlak olanların ailələrinə lazımi köməklik göstəriləcək.
Rabil Kətanov