Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Avropa İttifaqının sammiti Rusiyaya qarşı iqtisadi sanksiyaların daha yarım il uzadılması haqqında qərarı qəbul edib.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Avropa Şurasının nümayəndəsi bildirib.

"Rusiyaya qarşı sanksiyalar Minsk razılaşmalarının yerinə yetirməməsinə görə daha yarım il yekdil səslə uzadılıb”, - Avropa Şurasının nümayəndəsi qeyd edib.

İndiki sanksiyaların müddəti iyulun 31-də başa çatırdı. Onlar maliyyə, energetika və müdafiə sektorlarına, həmçinin ikiqat təyinatlı malları aiddir./publika.az