Türkiyə səsdən sürətli raketin sınağını həyata keçirib
Türkiyədə ilk dəfə “Bayraktar Akıncı” pilotsuz uçuş təyyarəsindən ölkənin səsdən sürətli “hava-yer” tipli raketinin uğurla buraxılışı həyata keçirilib.
“Roketsan” tərəfindən istehsal edilən Türkiyənin ilk səsdən sürətli “TRG-230-İHA” raketi 100 km məsafədən hədəfi uğurla vurub.
İstanbulun Çorlu şəhəri ətrafında yerləşən Baykar aerodromundan havaya qalxan pilotsuz təyyarədən raketin buraxılışı Qara dəniz sahilindəki Sinop şəhəri yaxınlığında 7,62 km yüksəklikdən həyata keçirilib.//Trend

