İsraildə Knessetə keçirilən seçkilərdə səslərin 94 faizi sayılıb

İsrailin Mərkəzi Seçki Komissiyası Knessetə keçirilən seçkilərdə protokolların 94 faizini hesablayıb.
Bu barədə məlumatı İsrailin "Kan" dövlət radiosu yayıb.
Son məlumatlara görə, İsrailin Baş naziri Binyamin Netanyahunun liderlik etdiyi “Likud” partiyası seçicilərin 26,28 faizinin səsini toplayıb. “Kahol-Lavan” mərkəzçi bloku isə hazırkı nəticələrə görə seçkilərdə 25,97 səs qazanıb.