Həyətdən qazıntı zamanı ELƏ ŞEYLƏR ÇIXDI Kİ... Sən demə illərdir...  VİDEO

Türkiyənin Çanaqqala şəhəri yaxınlığında qanunsuz qazıntı işləri zamanı tarixi sənət əsərləri üzə çıxıb.

Sakinlərdən birinin həyətində qanunsuz qazıntı işlərinin aparıldığı barədə polisə məlumat daxil olub. Əməliyyat zamanı 4 şübhəli nəzarətə götürülüb. Onların qazdığı ərazidə həndəsi naxışlar formasında sənət əsərləri, fotolar, üzərində qədim yazıların olduğu metallar, medallar və digər əşyalar tapılıb.

Araşdırmalardan sonra onların hansı dövrə aid olduğu məlum olacaq.

Həmin görüntüləri təqdim edirik: