Türkiyədə zəlzələ baş verib

Türkiyədə 3,8 bal gücündə zəlzələ baş verib.

 Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin  verdiyi məlumata görə, "UTC" vaxtı ilə saat 01:58-də qeydə alınan yeraltı təkanların episentri Adana şəhərindən 89 kilometr şərqdə, ocağı isə 3 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.