Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edilib
Jalə Fazil qızı Əliyeva "Şöhrət" ordeni ilə təltif edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.
O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bu təltifə layiq görülüb.

