Bakı şəhərinin rayonlarını əhatə edən 111 küçə və prospektin təmiri nəzərdə tutulub
Bakı şəhərinin bütün rayonlarını əhatə edən genişmiqyaslı təmir proqramı çərçivəsində 111 küçə və prospektin təmiri nəzərdə tutulub. Artıq 46 küçədə işlər yekunlaşıb, ümumilikdə 32 kilometr uzunluğunda yol yenilənib.
Yerveinsan.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, hazırda 20 küçədə təmir işləri davam etdirilir.
“Proqrama daxil olan digər küçə və prospektlərdə də işlər mərhələli şəkildə həyata keçiriləcək. Məqsəd daha rahat, təhlükəsiz və keyfiyyətli yol infrastrukturu yaratmaqdır”, - deyə qurumun məlumatında bildirilir.

