Lökbatan-Güzdək avtomobil yolunda yeni körpü inşa olunub

Lökbatan-Güzdək avtomobil yolunda yeni körpü inşa olunub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA)  bildirilib ki, biraşırımlı körpü yolun 2.2-ci kilometrində sel sularının qəzalı vəziyyətə saldığı suötürücü qurğunun yerində tikilib. Görülən işlər nəticəsində yol hərəkətinin təhlükəsizliyi təmin olunub və nəqliyyat əlaqəsi tam bərpa edilib.

Bərpa işləri Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq icra olunub.