7 avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Paytaxtın Hüseyn Cavid prospektində (Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək) və Ayna Sultanova küçəsində (Hüseyn Cavid prospektindən Mətbuat prospektinədək) aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA)  bildirilib ki, məhdudiyyət səbəbindən 3, 6, 10, 18, 39, 77 və 206 nömrəli müntəzəm marşrutların hərəkəti müvəqqəti olaraq Mətbuat prospekti, Məmməd Rəhim, Qurban Xəlilov və Ələsgər Ələkbərov küçələrindən təşkil olunur.