Saida Mirziyoyeva Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Hörmətli xanım Zati-aliləri.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Bu əlamətdar gün Sizin yüksək insani keyfiyyətlərinizə, xalqın mənafeləri naminə çoxşaxəli fəaliyyətinizə və xeyirxah əməllərinizə dərin hörmətimi, səmimi ehtiramımı bir daha ifadə etmək üçün gözəl imkandır.

Dövlət məsuliyyətini analıq məhəbbəti və ailə dəyərləri ilə ahəngdar şəkildə həyata keçirən Sizin kimi müdrik rəhbərin nəcib keyfiyyətləri xüsusi təqdirə layiqdir.

Özbəkistanda keçirilmiş görüşümüz məndə unudulmaz və xoş təəssüratlar yaratdı. Söhbət zamanı bir daha Sizin səmimiyyətinizin, ölkəmizə olan məhəbbətinizin şahidi oldum.

Fürsətdən istifadə edərək Sizə uzun ömür, möhkəm cansağlığı, məsuliyyətli fəaliyyətinizdə böyük uğurlar, ailə səadəti arzulayıram. Möhtərəm ocağınızdan firavanlıq və bərəkət, qəlbinizdən rahatlıq və hüzur əskik olmasın.

Əziz insanlarınızın və bütün Azərbaycan xalqının sonsuz sevgisi Sizə tükənməz güc və ilham versin".