Birinci vitse-prezident Mehriban Əliyeva Minifutbol üzrə Azərbaycan milli komandasını təbrik edib (FOTO)

İyunun 5-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan milli komandasını təbrik edib.

Bununla bağlı Birinci vitse-prezidentin rəsmi instaqram hesabında paylaşım edilib.

“Avropa çempionatının qalibi olan Azərbaycan minifutbol yığmasını təbrik edir, milli yığmamızın bütün üzvlərinə möhkəm cansağlığı, güc, enerji və yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”, - deyə paylaşımda bildirilib.