Küveyt Dövlətinin Əmiri Prezident İlham Əliyevə məktub göndərib
Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əl-Sabah Prezident İlham Əliyevə məktub ünvanlayıb.
Məktubda deyilir:
"Dost ölkənizin Müstəqillik Gününün növbəti ildönümü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız arasında mövcud olan möhkəm əlaqələrin davamlı şəkildə inkişaf etməsini arzulayıram.
Zati-aliləri, Sizə uzun ömür, cansağlığı, Azərbaycan Respublikasına və onun dost xalqına davamlı tərəqqi və rifah arzularımı bildirirəm".

