Azərbaycan nümayəndə heyəti Minskdə Qələbə abidəsini ziyarət edib
Belarus-Azərbaycan Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Komissiyasının 16-cı iclasında iştirak etmək məqsədilə Belarus Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti Minsk şəhərindəki Qələbə meydanına gələrək Qələbə abidəsini ziyarət edib.
Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, mərasim zamanı Baş nazirin müavini və nümayəndə heyətinin üzvləri İkinci Dünya müharibəsi illərində faşizm üzərində qələbə uğrunda canlarından keçmiş qəhrəmanların əziz xatirəsini dərin ehtiramla yad edib, abidənin önünə əklil qoyublar.
Daha sonra nümayəndə heyəti Əbədi məşəlin önünə tər çiçəklər düzərək, həlak olanların xatirəsinə sükutla hörmətini bildirib.

