Portuqaliya Respublikasının Prezidenti Prezident İlham Əliyevi təbrik edib
Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequru Prezident İlham Əliyevə məktub ünvanlayıb.
Məktubda deyilir:
"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə Portuqaliya xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Sizə şəxsi rifah arzulayır, Azərbaycan xalqına tərəqqi və firavanlıqla bağlı xoş diləklərimi bildirirəm.
Ölkənizin bütün vətəndaşları və dostları üçün çox əhəmiyyətli olan bu gündə Portuqaliyanın dövlətlərimizi və xalqlarımızı birləşdirən ikitərəfli dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə sadiqliyini bir daha vurğulayıram. Portuqaliyanın Bakıda və Azərbaycanın Lissabonda səfirliyinin açılmasının bu məqsədə mühüm töhfə verəcəyinə ümidvar olduğumu qeyd edirəm".

