Şuşada Qurban bayramı namazı qılınıb

Şuşa şəhərində Qurban bayramı ilə əlaqədar bayramı namazı qılınıb.

 

Yuxarı Gövhər Ağa məscidində qılınan bayram namazında Azərbaycan xalqı, dövləti üçün dualar edilib, əmin-amanlıq arzulanıb.

 

Bayram namazında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladları da yad olunub, ruhlarına dualar oxunub.