Elm və təhsil naziri müavininin Ağdaşdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin mayın 22-də Ağdaş şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Nazirlikdən  bildirilib ki, qəbulun tarixi barədə əlavə məlumat veriləcək.

Qəbulda Ağdaş rayon sakinlərinin iştirakı nəzərdə tutulub. Qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.