Ağsu aşırımında yol çöküb - VİDEO

Ağsu aşırımında torpaq sürüşməsi yenidən aktivləşib.

Bölgədə müşahidə olunan yağıntılar Bakı-Şamaxı-Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində çökməyə səbəb olub.

Yolun 147-ci kilometrliyində baş verən sürüşmə nəticəsində asfalt örtüyündə dərin çatlar və çökmələr əmələ gəlib.

Ərazidə işarələr qoyulub, avtomobillərin hərəkəti yolun bir hissəsi ilə təmin edilib.

Maliyyə vəsaiti ayrıldıqdan sonra ərazidə bərpa işlərinə başlanılması nəzərdə tutulur.

Xatırladaq ki, sözügedən ərazidə ötən ilin yaz aylarında da torpaq sürüşməsi baş vermişdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.