“Sırğa”sı olmayan heyvanlar bazara buraxılmayacaq - VİDEO

Heyvan bazarlarında sərt qaydalar tətbiq ediləcək. Bəzi heyvanlar bazara buraxılmayacaq.

 Qida Təhlükəsizliyi İnstitutunun identifikasiya və izlənilmmə mərkəzinin direktoru Yavər Məmmədov deyir ki, heyvan bazarları yoluxucu xəstəliklərin ən sürətlə yayıla biləcəyi risk zonaları hesab olunur. Məhz bu səbəbdən bir müddət əvvəl dayandırılan bazar fəaliyyətləri, artıq "Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları"nın tələblərinə uyğun olaraq bərpa edilib.

Yavər Məmmədov bildirib ki, identifikasiya heyvan oğurluğunun qarşısını alan ən güclü hüquqi sübutdur. Hazırda ölkə üzrə 972 min baş heyvan artıq identikləşdirilib. Bu heyvanların peyvəndindən tutmuş, mülkiyyətçisinə qədər bütün məlumatları bazada olması yer alıb.

Qeyd olunub ki, bazara gətirilməzdən əvvəl hər bir heyvanın identifikasiyası mütləq təmin olunmalıdır. Əks halda, yaxın gələcəkdə həmin heyvanların satış zonasına daxil olması qeyri-mümkün olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.